Çinin Uhan şəhərində tornado nəticəsində 6 nəfər ölüb, 218 nəfər xəsarət alıb - YENİLƏNİB

Hubey əyalətinin Uhan şəhəri

© APA | Hubey əyalətinin Uhan şəhəri

# 15 may 2021 08:44 (UTC +04:00)

Çinin Hubey vilayətinin Uhan şəhərində baş verən tornado nəticəsində 6 nəfər ölüb, 218 nəfər yaralanıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə şəhərin Fövqəladə hallar xidməti məlumat yayıb.

Bildirilib ki, küləyin sürəti saniyədə 23 metrə çatıb.

Son məlumatlara görə, təbii fəlakət nəticəsində 27 ev dağılıb, 400 evə ciddi ziyan dəyib.

***

07:12

Çinin Hubey əyalətinin Uhan şəhərində tornado baş verib.

APA “Sinxua” agentliyinə istinadən xəbər verir ki, təbiət hadisəsi nəticəsində 23.9 m / s-yə çatan külək binalara ziyan vurub, ağaclar kökündən çıxarıb.

Yerli hakimiyyət orqanları yaralıların sayını dəqiqləşdirir.

Qeyd edək ki, tornado mayın 14-də Jianqsu əyalətini də vurub. Nəticədə 1 nəfər ölüb, 21 nəfər yaralanıb. Şenqze qəsəbəsində elektrik təchizatı kəsilib, bir neçə bina dağılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR