ÇXR Sədri və İsrail Prezidenti arasında tarixdə ilk dəfə telefon danışığı olub

ÇXR Sədri və İsrail Prezidenti arasında tarixdə ilk dəfə telefon danışığı olub
# 17 noyabr 2021 16:58 (UTC +04:00)

Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin və İsrail Prezidenti İsaak Herzoq arasında telefon danışığı olub.

APA-nın “i24news”a istinadən verdiyi xəbərə görə, bu, ÇXR Sədri və İsrail Prezidenti arasında ilk telefon əlaqəsidir.

Telefon danışığı zamanı tərəflər İsrail və Çin arasında yaradılmış diplomatik münasibətlərin 30-cu il dönümünü müzakirə ediblər. Onlar regional əhəmiyyətli məsələlər barədə müzakirə aparıblar, İsrail Prezidenti İranın nüvə proqramı ilə bağlı narahatlığını ifadə edib.

İ. Herzoq Çin liderini İranın regional fəaliyyətləri barədə məlumatlandırıb və ölkənin nüvə silahı potensialına çatmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.

O vurğulayıb ki, Tehranın nüvə silahında qazanacağı uğur Yaxın Şərqdə sabitliyə təhlükə yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR