Dünya İqtisadi Forumunun xüsusi iclası təxirə salınıb

Dünya İqtisadi Forumunun xüsusi iclası təxirə salınıb
# 17 may 2021 19:03 (UTC +04:00)

İyunda Sinqapurda keçirilməsi planlaşdırılan Dünya İqtisadi Forumunun xüsusi iclası təxirə salınıb.

APA-nın xəbərinə görə, bu barədə qurumun saytında məlumat verilib.

Bildirilib ki, pandemiya ilə bağlı vəziyyət dünyanın müxtəlif ölkələrindən olan iş adamları, hökumət rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə qlobal görüşün keçirilməsini mümkünsüz edir.

İclasın 2022-ci ilin birinci yarısında keçirilməsi planlaşdırılır. Məkan və tarix bu ilin sonunda müəyyənləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR