Ədən aeroportunda partlayış zamanı həlak olanların sayı artıb - YENİLƏNİB

Ədən aeroportunda partlayış zamanı həlak olanların sayı artıb  - YENİLƏNİB
# 30 oktyabr 2021 23:07 (UTC +04:00)

Ədən aeroportuna terror hücumu zamanı ölənlərin sayı 12 nəfərə çatıb.

APA-nın Əl-Ərəbiyyə kanalına istinadla məlumatına görə, yaralıların sayı barədə məlumatlar ziddiyyətlidir. Partlayışdan sonra güclü yanğın baş verib. Bir neçə avtomobil yararsız vəziyyətə düşüb.

****

22.33

Yəmənin Ədən şəhərindəki aeroportda partlayış baş verib.

APA-nın Əl-Ərəbiyyə kanalına istinadən xəbərinə görə, bomba yüklü avtomobil hava limanının giriş qapısında partladılıb.

İlkin məlumata görə terror hücumu nəticəsində 10 nəfər ölüb, bir neçə texniki işçi xəsarət alıb. Hadisə qurbanlarının sayının artacağı istisna edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR