Əfqanıstan ABŞ-ın təzyiqi ilə 5 min "taliban"çını girovluqdan azad edib

Əfqanıstan ABŞ-ın təzyiqi ilə 5 min "taliban"çını girovluqdan azad edib
# 04 avqust 2021 04:07 (UTC +04:00)

Əfqanıstan hökuməti ötən il 5 min əsir düşmüş döyüşçünü ABŞ-ın təzyiqi altında azad edib. Onların arasında ölkənin Hilmend əyalətinin mərkəzi Ləşgərgaha hücuma rəhbərlik edən “Taliban” lideri də var.

APA xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti yazıb.

Məlumata görə, “Taliban” komandirlərindən biri olan Mavlavi Talib sülh danışıqları çərçivəsində yenidən “Taliban” tərəfində döyüşməyə başlayan minlərlə digər məhbusla birlikdə sərbəst buraxılıb. Rəsmi Kabil girovları azad etmək istəməsə də, Vaşinqtonun təzyiqi altında buna razılıq verib. Qəzet Müdafiə Nazirliyinin sözçüsü Fəvad Amanın sözlərinə istinadən yazır ki, sərbəst buraxılmazdan əvvəl girovlar bir daha Əfqanıstan hökumətinə qarşı döyüşməyəcəklərinə dair müqavilə imzalayıblar, ancaq onların əksəriyyəti artıq yenidən silah götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR