Əfqanıstan hərbçiləri 3 mahalı "Taliban" silahlılarından təmizləyib

Əfqanıstan hərbçiləri 3 mahalı "Taliban" silahlılarından təmizləyib
# 17 iyul 2021 06:58 (UTC +04:00)

Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri son 24 saat ərzində Bamian və Nimroz vilayətlərinin üç mahalını “Taliban” radikal hərəkatının silahlılarından azad edib.

APA xəbər verir ki, bu barədə “Tolo News” telekanalı ölkənin Müdafiə Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.

“Əməliyyatın zamanı qısa müddətdə bölgələr yenidən təhlükəsizlik qüvvələri tərəfinin nəzarətinə keçdi və orada ölkənin bayrağı qaldırıldı”, - deyə Bamianın qubernatoru Tahir Zuhair bildirib.

Müdafiə Nazirliyinin nümayəndəsi Ruhulla Əhmədzainin sözlərinə görə, “taliban”çıların ələ keçirdiyi ərazilərin geri qaytarılması üçün əməliyyatlar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR