Əfqanıstan hökuməti "Taliban"ın nəzarətinə keçmiş əraziləri geri qaytarıb

Əfqanıstan hökuməti "Taliban"ın nəzarətinə keçmiş əraziləri geri qaytarıb
# 14 iyul 2021 18:38 (UTC +04:00)

Əfqanıstanda hökumətin müdafiə və təhlükəsizlik qüvvələri "Taliban" silahlılarının əlinə keçmiş bütün ərazilər üzərində nəzarətin bərpa olunduğunu bildirib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə hökumətin təhlükəsizlik və müdafiə qüvvələrinin rəsmisi, general Acmal Şinvari mətbuat konfransında deyib.

"İtirilmiş ərazilərimizi geri qaytarmaq üçün plan hazırladıq. Döyüşlərin davam etdiyi bölgələrdə "Taliban"ın bu əraziləri ələ keçirmək iddiaları doğru deyil. Əvvəllər "Taliban" tərəfindən işğal edilmiş bütün bölgələr hökumətin nəzarətinə keçib", - deyə o bildirib.

Onun sözlərinə görə, son üç gündə hökumət qüvvələri 25 vilayətdə 98 əməliyyat keçirib,1369 "Taliban" yaraqlısı öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR