Əfqanıstan MN: Son sutkada "Taliban"ın 274 yaraqlısı məhv edilib

Əfqanıstan Milli Müdafiə Qüvvələri

© APA | Əfqanıstan Milli Müdafiə Qüvvələri

# 04 avqust 2021 11:27 (UTC +04:00)

Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri son 24 saat ərzində "Taliban"ın 274 yaraqlısını məhv edib.

APA-nın xəbərinə görə, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi "Twitter" hesabında bildirib.

Nazirliyin məlumatına görə, son 24 saat ərzində Fərah, Nəngərhar, Lövgər, Herat, Qəndahar, Fəryab, Bəlx, Cövzcan, Səməngan, Sar-e Pol Hilmənd, Təxar, Künduz, Bəğlan və Kapisa vilayətlərində həyata keçirilən əməliyyatlar nəticəsində 274 "Taliban" yaraqlısı öldürülüb, 119 yaraqlı yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR