Əfqanıstan Prezidenti Əşrəf Qaninin BƏƏ-yə qaçdığı təsdiqlənib

Əşrəf Qani

© APA | Əşrəf Qani

# 18 avqust 2021 17:48 (UTC +04:00)

Əfqanıstanın devrilmiş Prezidenti Əşrəf Qani və ailəsinin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qaçdığı açıqlanıb.

APA-nın məlumatına görə, BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi açıqlama yayaraq Ə. Qaninin ailəsi ilə birlikdə bu ölkədə olduğunu təsdiqləyib.

"Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi bildirir ki, BƏƏ humanitar səbəblərdən Prezident Əşrəf Qanini və ailəsini ölkəyə qəbul edib", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Əfqanıstanın Prezidenti Əşrəf Qani "Taliban" paytaxt Kabilə girdikdən sonra istefa verərək avqustun 15-də ölkədən qaçıb.

Əvvəlcə onun Tacikistana qaçdığı bildirilmişdi.

Daha sonra Ə. Qaninin Özbəkistana, oradan isə üçüncü ölkəyə getdiyi barədə məlumat yayılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR