Əfqanıstan təhlükəsizlik qüvvələri “Taliban”ın kəşfiyyat xidmətinin rəhbərini məhv edib

Əfqanıstan təhlükəsizlik qüvvələri “Taliban”ın kəşfiyyat xidmətinin rəhbərini məhv edib
# 12 iyul 2021 17:53 (UTC +04:00)

Əfqanıstan təhlükəsizlik qüvvələrinin əməkdaşları “Taliban” hərəkatının kəşfiyyat xidmətinin rəhbəri Kari Şaqasini məhv edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əməliyyat ötən gecə Lohar əyalətinin Məhəmməd Aqahi rayonunda keçirilib. Əməliyyat zamanı K. Şaqasinin iki əlaltısı da tutulub.

Qeyd edək ki, ABŞ və NATO qüvvələrinin Əfqanıstanı tərk etməsindən sonra “Taliban” iyulun əvvəlindən İran, Tacikistan, Türkmənistan, Çin və Pakistanla həmsərhəd ərazilərdə rayonlara nəzarəti ələ alıb.

Əfqanıstan Silahlı Qüvvələrinin yeni komandanı, general Vəli Məhəmməd Əhmədzay bəyan edib ki, ordunun yeni prioriteti ölkənin əsas şəhərlərini və sərhədyanı şosse yollarını taliblərdən qorumaqdır.

Onun sözlərinə görə, “Taliban”ın əsas məqsədi əvvəlcə malların daşındığı yolları kəsmək, sonra isə şəhər və rayonlara hücum etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR