Əfqanıstanda baş verən 2 partlayış nəticəsində 8 nəfər ölüb, 14 nəfər yaralanıb

Əfqanıstanda baş verən 2 partlayış nəticəsində 8 nəfər ölüb, 14 nəfər yaralanıb
# 01 iyun 2021 22:12 (UTC +04:00)

Əfqanıstanın paytaxtı Kabil şəhərində baş verən iki partlayış nəticəsində azı 8 nəfər ölüb, 14 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə yerli “Tolo News” telekanalı təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, partlayışlar sərnişin avtobuslarında baş verib. Şahidlər ölənlərin sayının 30-a qədər arta biləcəyini qeyd ediblər.

Hadisə ilə bağlı əlavə məlumat verilməyib.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR