Əfqanıstanda baş vermiş partlayış zamanı 8 nəfər yaralanıb

Əfqanıstanda baş vermiş partlayış zamanı 8 nəfər yaralanıb
# 15 iyul 2021 00:54 (UTC +04:00)

Əfqanıstanın şərqindəki Cəlalabad şəhərində baş vermiş partlayış nəticəsində 8 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “RİA Novosti”yə hadisə şahidləri bildirib.

Partlayış yerli vaxtla saat təxminən 19:10-da (Bakı vaxtı ilə 18:40) baş verib. Hadisə zamanı maqnit bombası partlayıb.

Nanqarhar əyalətinin təhlükəsizlik xidmətində olan mənbənin “RİA Novosti”yə verdiyi məlumata görə, hadisə nəticəsində 5 mülki şəxs və 3 polis əməkdaşı yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR