Əfqanıstanda dini məktəbdə partlayış olub, ölənlər var

Əfqanıstanda dini məktəbdə partlayış olub, ölənlər var
# 07 oktyabr 2021 08:54 (UTC +04:00)

Əfqanıstanın şərqindəki Xost əyalətində dini məktəbdə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb, 15-dən çox yaralı var.

APA xəbər verir ki, bu barədə “RİA Novosti”yə təhlükəsizlik xidmətindən bildirilib.

Bundan əvvəl bir nəfərin öldüyü və 17 nəfərin yaralandığı deyilirdi.

Əfqanıstanın müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dini məktəbdə əl qumbarası partladılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR