Əfqanıstanda əhalini peyvəndləyən 4 həkim öldürülüb

Əfqanıstanda əhalini peyvəndləyən 4 həkim öldürülüb

© APA | Əfqanıstanda əhalini peyvəndləyən 4 həkim öldürülüb 

# 15 iyun 2021 13:42 (UTC +04:00)

Əfqanıstanda əhalini poliomielitə qarşı peyvənd etmək istəyən dörd tibb işçisi öldürülüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə ölkənin şərqindəki Nəngərhar vilayətində baş verib.

Bu gün səhər saatlarında silahlı şəxslər müxtəlif yaşayış məntəqələrində əhalinin poliomielitə qarşı peyvəndlənməsində iştirak edən həkimlərə hücum ediblər. Nəticədə dörd tibb işçisi öldürülüb, daha dörd həkim isə yaralanıb.

Hələ ki, heç bir silahlı qruplaşma hücuma görə, məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR