Əfqanıstanda hərbi əməliyyatlara görə 36 mindən çox ailə evini tərk edib

Əfqanıstanda hərbi əməliyyatlara görə 36 mindən çox ailə evini tərk edib
# 23 iyul 2021 06:47 (UTC +04:00)

Son dörd ayda Əfqanıstanda, Qaçqınlar və Repatriasiya Nazirliyinin məlumatına görə, 36 mindən çox ailə məcburi köçkün vəziyyətinə düşüb.

APA xəbər verir ki, bu barədə “Tolo News” məlumat yayıb.

Qeyd edilir ki, hərbi əməliyyatların davam etməsi səbəbindən məcburi köçkünlərin sayının əhəmiyyətli dərəcədə arta biləcəyi nazirlikdə ciddi narahatlıq doğurur.

Telekanalın məlumatına görə, Kabula qaçan bir çox ailə hazırda çətin şəraitdə yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR