Əfqanıstanda İŞİD-in 7 üzvü saxlanılıb

Əfqanıstanda İŞİD-in 7 üzvü saxlanılıb
# 09 oktyabr 2021 05:21 (UTC +04:00)

Əfqanıstanda İŞİD terror təşkilatının 7 döyüşçüsü Xost əyalətinə hücum hazırladıqları üçün saxlanılıblar.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə əyalətin qubernatoru Məhəmməd Nabi Öməri bildirib.

“Taliban” döyüşçüləri Xost əyalətində terror aktları törətməyi planlaşdıran 7 İŞİD silahlısını saxlayıblar. Dindirilmə zamanı onlar vacib etiraflar ediblər”, - deyə “Al Jazeera” telekanalı qubernatordan sitat gətirib.

Qeyd edək ki, çərşənbə günü Əfqanıstanın cənub-şərqindəki Xost əyalətində bir məsciddə partlayış törədilib, nəticədə bir nəfər ölüb, 14 nəfər yaralanıb. Bu partlayışa görə məsuliyyəti İŞİD silahlıları öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR