Əfqanıstanda məsciddə törədilmiş partlayışda ölənlərin sayı 62-yə çatıb - YENİLƏNİB

Əfqanıstanda məsciddə törədilmiş partlayışda ölənlərin sayı 62-yə çatıb - YENİLƏNİB
# 15 oktyabr 2021 17:08 (UTC +04:00)

Əfqanıstanın Qəndəhar şəhərində şiə məscidində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı artıb.

APA-nın yerli “Bakhtar” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb, 70-ə yaxın şəxs yaralanıb.

***

saat 14:01

Əfqanıstanda məsciddə terror aktı törədilib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Qəndəhar şəhərində şiə məscidində partlayış baş verib.

Terror aktı nəticəsində ən azı 30 nəfərin öldüyü bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR