Əfqanıstanda mina partlaması nəticəsində 11 nəfər ölüb, üçü uşaqdır

Əfqanıstanda mina partlaması nəticəsində 11 nəfər ölüb, üçü uşaqdır
# 06 iyun 2021 09:18 (UTC +04:00)

Əfqanıstanda üçü uşaq olmaqla 11 nəfər mina partlaması nəticəsində dünyasını dəyişib.

APA bildirir ki, bu barədə “Reuters” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Hadisə bir mikroavtobusun minaya düşməsi nəticəsində baş verib. Hazırkı vaxta kimi ekstremist qruplardan heç biri bu məsuliyyəti üzərilərinə götürməyiblər.

Hadisə ilə bağlı daha geniş məlumatlar verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR