Əfqanıstanda partlayış nəticəsində 2 polis ölüb, 4 nəfər yaralanıb

Əfqanıstanda partlayış nəticəsində 2 polis ölüb, 4 nəfər yaralanıb
# 28 iyul 2021 04:20 (UTC +04:00)

Əfqanıstanın cənubunda Helmand əyalətində baş verən partlayış nəticəsində 2 polis ölüb, 4 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə yerli “1TV” kanalı təhlükəsizlik qüvvələrindəki mənbələrə istinadən məlumat yayıb.

Hadisə Ləşkərqax şəhərində polisin xidmət apardığı nəzarət-buraxılış məntəqəsinin yaxınlığında baş verib.

Partlayıcı ilə yüklənmiş avtomobil nəzarət-buraxılış məntəqəsinə qədər irəliləyib və partladılıb.

Hadisənin təfərrüatları barədə açıqlama verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR