Əfqanıstanda partlayış nəticəsində 5 nəfər ölüb

Əfqanıstanda partlayış nəticəsində 5 nəfər ölüb
# 30 iyul 2021 03:21 (UTC +04:00)

Əfqanıstanın cənubunda Zabul vilayətində minaatan mərmisinin partlaması nəticəsində 3-ü uşaq və 2-si qadın olmaqla 5 mülki şəxs həlak olub.

APA xəbər verir ki, bu barədə yerli “Tolo News” telekanalı polisə istinadən məlumat yayıb.

Mərmi sözügedən vilayətin inzibati mərkəzi olan Kalat şəhərindəki yaşayış binalarından birinə düşüb.

Hadisə nəticəsində daha 14 nəfər yaralanıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR