Əfqanıstanda polis binasının yaxınlığında avtomobil partladılıb, 3 nəfər ölüb, 4 nəfər yaralanıb

Əfqanıstanda polis binasının yaxınlığında avtomobil partladılıb, 3 nəfər ölüb, 4 nəfər yaralanıb
# 01 iyun 2021 06:12 (UTC +04:00)

Əfqanıstanın şimalındakı Bağlan əyalətində polis binasının yaxınlığında avtomobil partladılıb.

APA yerli mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində üç polis ölüb, 4 nəfər yaralanıb.

Məlumata görə, avtomobildə olan partlayıcı qurğu yerli vaxtla 18:30-da işə salınıb. Partlayışdan sonra polis əməkdaşları ilə naməlum silahlılar arasında atışma baş verib.

Qəza nəticəsində mülki obyektlərə ziyan dəyib. Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR