Əfqanıstanda qadınların çəkildiyi teleserialların translyasiyası qadağan edilib

Əfqanıstanda qadınların çəkildiyi teleserialların translyasiyası qadağan edilib
# 21 noyabr 2021 19:04 (UTC +04:00)

Əfqanıstanda hakimiyyətdə olan Taliban Hərəkatı bir sıra televiziya verilişlərinin translyasiyasına qadağa qoyub.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, informasiya sahəsinə məsul nazirliyin yaydığı bəyanatda qeyd olunub ki, televiziyalar verilişlərinin şəriət normalarını pozmamasına nəzarət etməli, əyləncəli proqramlar əhalinin dini hislərini təhqir etməməli, qadın jurnalistlər başlarına yaylıq bağlamalıdır.
Ölkədə qadınların çəkildiyi teleserialların translyasiyasına qadağa qoyulub. Kişi və qadınların yarıçılpaq vəziyyətdə olduğu film və kliplərin də yayımı qadağan olunub. Eyni zamanda xarici mədəniyyəti təbliğ edən filmlər, o cümlədən Məhəmməd peyğəmbər və onun səhabələrinin görüntüləri olan seriallar da qadağan olunub.
Qeyd edək ki, Taliban Hərəkatı bu il avqustun 15-də Kabilə daxil olub və növbəti gün ölkədə müharibənin başa çatdığını elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR