Əfqanıstanda sabahdan məktəb və mədrəsələr açılacaq

Əfqanıstanda sabahdan məktəb və mədrəsələr açılacaq
# 17 sentyabr 2021 16:25 (UTC +04:00)

“Taliban” hərəkatı Əfqanıstanda məktəb və mədrəsələrin açılacağını bəyan edib.

APA-nın "TOLO News"a istinadən verdiyi xəbərə görə, bu barədə “Taliban”ın müvəqqəti hökumətinin Təhsil Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, oğlan şagirdlərin oxuduğu məktəblər və qeydiyyatdan keçmiş mədrəsələr sentyabrın 18-də açılacaq.

“Bütük kişi müəllimlər və şagirdlər məktəblərə geri dönməlidir”, - deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR