Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 8 əməkdaşı öldürülüb

Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 8 əməkdaşı öldürülüb
# 05 iyun 2021 09:41 (UTC +04:00)

Əfqanıstanda "Taliban" yaraqlılarının hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin ən azı 8 əməkdaşı öldürülüb.

APA-nın "TOLO News"a istinadən verdiyi xəbərə görə, hadisə ölkənin Bağlan vilayətində baş verib.

Bildirilib ki, ölənlər arasında vilayətin iki rayonunun polis rəisi də var.

Hücumun iyunun 4-ü axşam saatlarında baş verdiyi, ancaq təhlükəsizlik qüvvələri ilə Taliban arasındakı qarşıdurmaların bu günü səhərə qədər davam etdiyi qeyd olunub.

"Taliban" sözçüsü Zabiullah Mucahid "Twitter"-də toqquşmaları təsdiqləyib və qeyd edib ki, bu hücum zamanı Əfqanıstan təhlükəsizlik qüvvələrinin 10 əməkdaşı ölüb, 8 nəfər isə yaralanıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR