Əfqanıstanda təhsil müəssisələri öz işini bərpa edəcək

Əfqanıstanda təhsil müəssisələri öz işini bərpa edəcək
# 25 avqust 2021 20:39 (UTC +04:00)

Əfqanıstanda hakimiyyəti ələ keçirən radikal “Taliban” hərəkatı yaxın vaxtlarda ölkədə təhsil müəssisələrinin işini bərpa etməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə yerli “Pajhwok Afghan News” agentliyi məlumat yayıb.

Məlumata görə, “Əfqanıstan İslam Əmirliyi”nin (“Taliban” özünü belə adlandırır – Red.) təhsil üzrə komissiyası qətnamə qəbul edib və buna əsasən, məktəblərdə 1-ci sinifdən 6-cı sinfə qədər olan dərslərin avqustun 28-dən başlayacağı bildirilib. Bundan sonra yuxarı sinif şagirdlərinin də dərslərə qayıtmaları təşkil ediləcək, bunun ardınca ali təhsil müəssisələri və texniki məktəblərin də yenidən tələbələr üçün qapılarını açacağı bildirilir.

Agentlik qeyd edir ki, dərslərin distant formatda təşkili praktiki olaraq ölkənin heç bir yerində nəzərə alınmır. Səbəb isə məktəblərin və universitetlərin, eləcə də tələbələrin özlərinin texniki dəstəyinin buna imkan verməməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR