Əfqanıstanda terror aktı nəticəsində 11 mülki şəxs ölüb

Əfqanıstanda terror aktı nəticəsində 11 mülki şəxs ölüb
# 05 iyun 2021 18:31 (UTC +04:00)

Əfqanıstanda terror aktı nəticəsində 11 mülki şəxs ölüb.

APA-nın "TOLO News"a istinadən verdiyi xəbərə görə, ölkənin Badğis əyalətinin Abkamari rayonunda yolun kənarında quraşdırılmış bomba partlayıb.

Faktı rayon administrasiyasının rəhbəri Xudadad Tayib təsdiqləyib. Onun sözlərinə görə, terror aktı Abkamari rayonunun Çalank kəndində baş verib. O, partlayışa görə "Taliban" qruplaşmasını günahlandırıb. "Taliban" terror aktı ilə bağlı hələ şərh verməyib.

Yerli rəsmilər bildirir ki, ölənlər arasında qadınlar və uşaqlar da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR