Əfqanıstanda yeganə idman telekanalı fəaliyyətini dayandırıb

Əfqanıstanda yeganə idman telekanalı fəaliyyətini dayandırıb
# 10 oktyabr 2021 18:17 (UTC +04:00)

Əfqanıstanda yeganə idman telekanalı fəaliyyətini dayandırıb.
APA-nın “TOLO News” telekanalına istinadən verdiyi məlumata görə, “3 sport” telekanalının rəhbərliyində təmsil olunan Şafikulla Səlim Poya deyib ki, telekanal iqtisadi problemlər və hakimiyyətə gəlmiş Taliban Hərəkatının formalaşdırdığı strukturların tətbiq etdiyi məhdudiyyətlər səbəbindən fəaliyyətini dayandırıb.
O bildirib ki, son zamanlar telekanalın müxbirləri hər hansı tədbiri işıqlandırmağa gedərkən məhdudiyyətlərlə üzləşiblər.
Taliban Hərəkatının hakimiyyətə gəlməsindən sonra ölkədə ümumilikdə 150 KİV fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR