Əfqanıstanın Cəlalabad şəhərində silahlı hücum zamanı 4 nəfər ölüb

Əfqanıstanın Cəlalabad şəhərində silahlı hücum zamanı 4 nəfər ölüb
# 02 oktyabr 2021 23:34 (UTC +04:00)

Əfqanıstanın Nanqarhar əyalətinin paytaxtı Cəlalabadda baş vermiş silahlı hücum zamanı biri uşaq olmaqla azı 4 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Tolo News” yerli icra orqanlarına istinadən məlumat yayıb.

Qeyd edilir ki, ölənlərdən ikisi “Taliban” üzvü, digər ikisi mülki şəxslərdir.

“Şənbə günü axşam saatlarında ölkənin şərqindəki Nanqarhar əyalətində planlaşdırılan hücum nəticəsində azı 4 nəfər öldürülüb”, - mənbənin məlumatında belə deyilir.

Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR