Əhməd Məsud: “Dağlıq Pəncşir əyaləti taliblərə təslim olmayacaq”

Əhməd Məsud: “Dağlıq Pəncşir əyaləti taliblərə təslim olmayacaq”
# 22 avqust 2021 18:18 (UTC +04:00)

“Dağlıq Pəncşir əyaləti taliblərə təslim olmayacaq, sakinlər hücumlara qarşılıq verməyə hazırdır”.

APA bildirir ki, bunları “Al Arabiya” telekanalına yerli müqavimət bölmələrinin lideri Əhməd Məsud söyləyib.

Əhməd Məsud eyni zamanda 2001-ci ildə vəfat edən Taliban əleyhinə Şimal İttifaqının lideri Əhməd Şah Məsudun oğludur.

Məsud bildirib ki, əgər Taliban Pəncşir əyalətinə nəzarət etmək istəyirsə, onlar müqavimət göstərməyə hazırdır:

“Biz SSRİ-yə müqavimət göstərdik, bunu taliblərə də göstərə biləcəyik ".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR