Əhməd Məsuda verilən 4 saat vaxtdan sonra “Taliban” Pəncşirə hücuma hazırlaşır - VİDEO

Əhməd Məsuda verilən 4 saat vaxtdan sonra “Taliban” Pəncşirə hücuma hazırlaşır - VİDEO
# 22 avqust 2021 22:38 (UTC +04:00)

“Taliban” yaraqlıları Kabilin nəzarətlərində olmayan yeganə Pəncşir əyalətinə doğru hücma hazırlaşdıqları bildirilir.

APA xəbər verir ki, bu barədə “France Presse”ə açıqlamasında “Taliban” təmsilçilərindən biri deyib.

Eyni zamanda, RİA Novosti agentliyi “Taliban” döyüşçülərinin hücuma başlamaq üçün əmr gözlədiyini yayıb.

Qeyd edək ki, bazar günü taliblər Pancşirdə möhkəmlənən müqavimət lideri Əhməd Məsudun təslim olması üçün 4 saat vaxt vermişdi.

“Taliban”ın ultimatumuna cavab olaraq, Məsud tərəfdarları əyalət sakinlərinin onları müdafiə etməyə hazır olduqlarını açıqlayıb.

Həmçinin, Məsud bildirib ki, “Taliban”ın hakimiyyəti uzun sürməyəcək.

Qeyd edək ki, Əhməd Məsud Qərb mətbuatına açıqlamasında vurğulayıb ki, yerli tacik milislərindən başqa, xüsusi qüvvələr də daxil olmaqla, onlara ölkənin digər bölgələrindən silahlı əsgərlər də köməyə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR