Əli Baqiri: “Müzakirələr Vyanada davam edəcək”

Əli Baqiri

© APA | Əli Baqiri

# 03 dekabr 2021 21:15 (UTC +04:00)

“Qarşı tərəflərin paytaxtlarına gedib məsləhətləşmə aparmağa ehtiyacları var idi. İran və 4+1 ölkələr arasındakı danışıqlar gələn həftə davam edəcək”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın nüvə müzakirələrində Vyanaya göndərilmiş nümayəndə heyətinin rəhbəri Əli Baqiri deyib.

O bildirib ki, bu gün müştərək komissiyanın iclasında İrana qarşı tətbiq olunan sanksiyaların ləğvi müzakirə olundu:"Qarşı tərəf İranın təklifləri ilə bağlı məntiqli və sübutlu cavablarını öz paytaxtlarında məsləhətləşməyə ehtiyac duyduqları üçün müzakirələr dayandırıldı. Müzakirələr gələn həftə yenidən Vyanada baş tutacaq."

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR