Ərdoğan: “ABŞ-ın Türkiyəyə daha konstruktiv davranmasını gözləyirik”

Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğan

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğan

# 26 may 2021 21:52 (UTC +04:00)

“ABŞ Prezidentinin 1915-ci il hadisələri haqqında açıqlaması əlaqələrimizə hər nə qədər əlavə yük gətirsə də, hörmətli Co Baydenlə NATO Zirvə toplantısında reallaşdıracağımız görüş yeni mərhələnin müjdəçisi olacağına inanıram”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğan amerikalı iş adamları ilə telekonfrans vasitəsilə görüşündə bildirib.

Ərdoğan əlavə edib ki, Türkiyə ilə ABŞ arasında zamanla yaşanan fikir ayrılıqlarına rəğmən hər cür çətinliklərin öhdəsindən gəlməyi bacarıblar: “ABŞ-ın Türkiyəyə daha konstruktiv davranmasını gözləyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR