Ərdoğan BƏƏ-nin vəliəhd şahzadəsini Ankarada qəbul edib

Məhəmməd bin Zayed əl Nəhyan, Rəcəb Tayyib Ərdoğan

© APA | Məhəmməd bin Zayed əl Nəhyan, Rəcəb Tayyib Ərdoğan

# 24 noyabr 2021 16:51 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Məhəmməd bin Zayed əl Nəhyanı Ankarada qəbul edib.

APA-nın xəbərinə görə, Türkiyə Prezidenti və BƏƏ-nin vəliəhd şahzadəsi ölkələr arasında ikitərəfli münasibətlərin bütün aspektlərini nəzərdən keçirəcəklər.

Tərəflər əməkdaşlığın inkişafı üçün atılacaq addımlar barədə fikir mübadiləsi aparacaqlar.

Eyni zamanda, başda Liviya və Suriya olmaqla aktual regional və beynəlxalq problemlər müzakirə olunacaq.

Qeyd edək ki, BƏƏ-nin vəliəhd şahzadəsi son 10 ildə ilk dəfədir Ankaraya səfər edir. BƏƏ və Türkiyənin münasibətləri yaxşılaşdırmaq barədə razılığa gəlməsindən sonra bu səfər simvolik dönüş nöqtəsi hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR