Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 29 noyabr 2021 15:35 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.

APA-nın "middleeasteye.net"ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkmənistandan səfərdən qayıdan Rəcəb Tayyib Ərdoğan jurnalistlərə deyib.

BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed əl Nəhyanın Türkiyəyə səfəri ilə bağlı şərh verən Ərdoğan bildirib ki, onların təkbətək və ikitərəfli görüşləri çox yaxşı keçib: "İmzaladığımız müqavilə Türkiyə və BƏƏ münasibətlərində yeni mərhələnin başlaması üçün bir addımdır. Fevralda BƏƏ-yə cavab səfəri edəcəyəm”.

Türkiyə Prezidentinin sözlərinə görə, onun səfərindən öncə xarici işlər naziri Mövlud Çavuşoğlu və Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan BƏƏ-yə səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR