Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 06 dekabr 2021 13:38 (UTC +04:00)

“Fevral ayında Türkiyədən böyük bir heyətlə Əbu-Dabiyə səfərimiz planlaşdırılıb”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə iki günlük səfərindən öncə hava limanında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Ərdoğan deyib ki, Türkiyə bütün Körfəz ölkələri ilə əməkdaşlığı daha da gücləndirmək niyyətindədir: “Səfərimiz çərçivəsində istər Türkiyəyə qoyulan sərmayələr, istərsə də Birləşmiş Ərəb Əmirliklərində türk iş adamlarının yatırdığı sərmayələr və gələcəkdə yatırılacaq sərmayələr müzakirə olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR