Ərdoğan: “Suriyadan son hücumlarla bağlı ən qısa zamanda lazımi addımlar atılacaq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 11 oktyabr 2021 23:34 (UTC +04:00)

“Suriyadan ölkəmizə edilən hücumların mənbəyi olan bəzi yerlərlə bağlı artıq səbrimiz qalmayıb”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında bildirib.

“Polislərimizə edilən son hücum Suriya ilə bağlı səbir kasamızı daşırıdı. Bu problemləri ən qısa zamanda həll etmək üçün lazımi addımları atacağıq”, - deyə prezident Ərdoğan əlavə edib.

Xatırladaq ki, ötən gün Türkiyənin Suriyadakı “Fərat Qalxanı” bölgəsində PKK/YPG tərəfindən terror aktı törədilib, Suriyanın Mera qəsəbəsində post-patrul vəzifəsini icra edən iki xüsusi təyinatlı türk polis şəhid olub, iki polis isə yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR