Ərdoğan Talibanın verdiyi vədləri yerinə yetirməsini istəyir

Ərdoğan Talibanın verdiyi vədləri yerinə yetirməsini istəyir
# 06 dekabr 2021 13:30 (UTC +04:00)

“Dohaya səfərimiz zamanı regional məsələlərlə bağlı, xüsusilə, Əfqanıstanın Kabildəki beynəlxalq hava limanının Türkiyə ilə Qətərin birgə əməkdaşlığı nəticəsində idarə olunması məsələsi gündəmimizdə olacaq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə iki günlük səfərindən öncə hava limanında jurnalistlərin sualların cavablandırarkən bildirib.

Ərdoğan deyib ki, Türkiyə Talibanın Əfqanıstanda sosial və humanitar məsələlərlə bağlı verdiyi vədləri yerinə yetirməsini istəyir: “Təmənnamız odur ki, Taliban rəhbərliyi verdiyi bütün vədləri yerinə yetirsin. Xüsusilə, qadınların sosial həyatı, uşaqların təhsili ilə bağlı mövzulara çox həssas yanaşırıq”.

Qeyd edək ki, Ərdoğan dekabrın 6-7-də Dohada keçiriləcək Türkiyə-Qətər 7-ci Yüksək Səviyyəli Strateji Komitənin toplantısında iştirak edəcək.

Səfər çərçivəsində Türkiyə Qətər əlaqələri hərtərəfli müzakirə ediləcək, regional və beynəlxalq məsələlərin həlli barədə danışıqlar aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR