Ərdoğan: “Talibanın müvəqqəti hökuməti hələ ki gözləntiləri doğrultmur”

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 12 oktyabr 2021 15:52 (UTC +04:00)

“Əfqanıstanda yeni geopolitik həqiqətlə üz-üzəyik”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20-nin Əfqanıstanla bağlı videokonfrans formatında keçirilən fövqəladə iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dialoq kanalları açıq tutularaq mərhələli şəkildə Talibanı inklüziv hökumət qurmağa yönəltmək lazımdır.

Ərdoğan bildirib ki, Talibanın müvəqqəti hökuməti hələ ki gözləntiləri doğrultmur.

Əfqanıstanda humanitar böhranın dərinləşdiyini vurğulayan Türkiyə dövlət başçısı əfqan xalqı ilə güclü şəkildə həmrəy olmağın zəruriliyini qeyd edib.

Ərdoğan qeyd edib ki, bir müddət əvvəl Kabil Beynəlxalq Hava Limanında, eləcə də ölkənin digər bölgələrində baş vermiş terror aktları terror təhlükəsinin hələ də qalmasına bariz nümunədir.

Türkiyə Prezidenti ölkəsinin 5 milyon miqranta ev sahibliyi etdiyini də xatırladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR