Ərdoğan: “Türkiyə hərbçilərinin Əfqanıstandan təxliyəsini ən qısa vaxtda başa çatdıracağıq”

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 27 avqust 2021 11:26 (UTC +04:00)

“Dünən Kabildə baş vermiş terror aktlarını pisləyirik. Əfqanıstan xalqına başsağlığı veririk”.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinaya səfərindən öncə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, Türkiyə vətəndaşlarının və hərbçilərinin Əfqanıstandan təxliyəsi davam edir, aidiyyəti qurumlar sıx şəkildə təxliyə çalışmalarını davam etdirir.

“Ən qısa zamanda təxliyəni başa çatdıracağıq”, - deyə Türkiyə dövlət başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR