Ərdoğan Türkiyədə davam edən meşə yanğınlarına nəzarət edir

Ərdoğan Türkiyədə davam edən meşə yanğınlarına nəzarət edir
# 29 iyul 2021 21:58 (UTC +04:00)

Türkiyə Prezidenti Tayyib Ərdoğan ölkədəki meşə yanğınlarının söndürülməsini yaxından izləyir.

APA xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, yanğınla mübarizə üçün bütün aidiyyəti qurumlar səfərbər edilib.

Qeyd edək ki, kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli daha əvvəl Bodrum bölgəsindəki otellərdən birinda meşə yanğını səbəbiylə turistlərin təxliyə edildiyini bildirmişdi.

Nazirin sözlərinə göə, Türkiyənin yeddi vilayətində 20 meşə təsərrüfatı üzrə yanğınla mübarizə işləri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR