Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib

#

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 23:31
11 iyun 2021

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Sammitinə səfər etmədən öncə Liviyaya yüksək səviyyəli səfərlə bağlı təlimat verib.

APA-nın yerli bürosunun Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, səfərə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu başçılıq edəcək.

Heyətə Türkiyənin müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Süleyman Soylu, Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Yaşar Güler, Milli Təhlükəsizlik Təşkilatının sədri Hakan Fidan, Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalının daxil olduğu bildirilib.

Səfər çərçivəsində türkiyəli heyət Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe və liviyalı həmkarları tərəfindən qarşılanacq.

Türkiyəli heyətin Liviya Prezident Şurasının sədri Məhəmməd əl-Manfi ilə də görüşü gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR