Ərdoğan: “Yanğınlarda terror şübhəsi var”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 04 avqust 2021 23:20 (UTC +04:00)

“Yanğınlarda terror şübhəsi var, biz ciyərlərimizi yandıranların ciyərlərini yandıracağıq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə televiziyalarına müsahibəsində bildirib.

Prezident deyib ki, yanğınlarda terror, təxribat şübhəsilə əlaqədar hazırda polis və kəşfiyyat təşkilatlarının araşdırmaları davam edir: “Bu məsələ ilə əlaqədar əvvəldən narahatlıqlarımız vardı. Ehtimallarımız doğru çıxdı. Saxlanılan şübhəlilər arasında həbs olunanlar oldu. Həbs olunanların ailələrinin PKK ilə əlaqəli olduğunu da öyrəndik. Ötən il Hatayda baş verən meşə yanğınları zamanı belə faktlar olub, bunu çox açıq şəkildə yaşadıq. Keçən il bunu yaşadığımız halda, bu il yaşamadıq demək doğru olmaz. Belə bir məsələ var ya yox, bütün polis qüvvələrimiz, istihbaratımız bunu araşdırır. Varsa təbii ki, bunun üzərinə gedəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR