Ərdoğan: “Yanğınların söndürülməsinə dəstək məsələsində ən önəmli rol oynayan Azərbaycandır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 04 avqust 2021 23:50 (UTC +04:00)

“Bu gün qardaşım İlham Əliyevlə telefon söhbətimiz oldu. Bir “Amfibiya” təyyarəsini göndərəcəyini bildirdi”

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə televiziyalarına müsahibəsində bildirib.

Prezident Ərdoğan deyib ki, yanğınların söndürülməsində və yayılmasının qarşısını almaqda Azərbaycan ilk gündən öz dəstəyini əsirgəməyib: “Bizə dəstək verən hər bir dövlətə təşəkkür edirəm. Burada ən önəmlisi Azərbaycandır. Hazırda bir yanğınsöndürmə helikopteri və çox sayda heyəti ilə ölkəmizdə yanğınla mübarizə aparırlar. “Amfibiya” təyyarəsinin də gəlməsi ilə bərabər, yanğınsöndürən təyyarələr məsələsi daha yaxşı xidmət etmiş olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR