Ərdoğan: "Yol verilmiş səhvlərə görə Türkiyə Əfqanıstanı tərk etdi"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 26 sentyabr 2021 23:34 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə nümayəndələrinin Kabil hava limanında olmadığını bildirib.

APA xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın “CBS” telekanalında yayımlanan “Face the Nation” proqramının aparıcısı Marqaret Brennana müsahibəsində səsləndirib.

“Hazırda “Taliban”la razılığa gəldiyimiz heç bir məqam yoxdur. Hazırda “Taliban” əsasən Qətərlə birgə hərəkət edir. Əsgərlərimizi və mülki vətəndaşlarımızı oradan geri çəkdik. Hazırda hava limanında deyilik... Biz heç vaxt Əfqanıstana heç kimin göstərmədiyi dəstəyi vermişik. Əfqanıstanda daxili infrastrukturda və xarici quruluşda bir çox sərmayələrdə iştirak etdik və bundan sonra da bunu edərik”, - Ərdoğan belə deyib.

Onun sözlərinə görə, Türkiyə və Əfqanıstanı tarixi əlaqələr bağlayır və Ankara həmişə Kabili dəstəkləyib, “yol verilmiş səhvlər” səbəbindən Türkiyə ordusu və vətəndaşları bu ölkədən təxliyə edilib.

“Bu, anlaşmalara, razılaşmaya asılıdır. Burada əgər həqiqətən də qarşılıqlı razılaşmalarla müsbət bir addım atılarsa... Hazırda Əfqanıstanda hökumət əhatəli deyil, geniş tərkibli deyil. Əhatəli olmayan bir hökumətlə belə bir addım atmamız mümkün deyil, ancaq bu, əhatəli olarsa, Türkiyə olaraq orada olacağıq”, - deyə Ərdoğan hava limanının idarə edilməsində Türkiyənin Əfqanıstana kömək edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR