Əşrəf Qani tezliklə ölkəyə dönəcəyinə söz verib - VİDEO - YENİLƏNİB

Əşrəf Qani

© APA | Əşrəf Qani

# 18 avqust 2021 23:50 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

22:10

Ölkəni tərk edən Əfqanıstan prezidenti Əşrəf Qani qan tökülməsinin qarşısını almaq üçün bu addımı atdığını deyib.

APA xəbər verir ki, Qani bu barədə “Facebook” hesabından etdiyi videomüraciətində bildirib.

O, hazırda Birləşmiş Ərəb Əmirliklərində olduğunu təsdiqləyib: “Kabili tərk etmək məcburiyyətində qaldım, paytaxtda qan tökülməsini istəmədim. “Taliban” paytaxta girəndə çevriliş olduğunu söylədilər, o zaman mən saraydaydım”.

Əşrəf Qani tezliklə ölkəyə dönəcəyinə söz verib: “Mən Birləşmiş Ərəb Əmirliklərindəyəm, amma yaxın gələcəkdə ölkəmə qayıdacağam. Vətənə dönməzdən əvvəl bir sıra məsləhətləşmələr aparıram. Əfqanlar üçün ədalətə nail olmaq üçün səylərimi davam etdirəcəyəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR