Fəxrəddin Qoca: “Türkiyədə COVID-19-a gündəlik yoluxma sayı 63 mindən 9 minə düşüb”

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca

© APA | Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca

# 21 may 2021 00:18 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 207 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir deyib ki, COVID-19 infeksiyasına yoluxma sayı artıq 10 mindən aşağıdır ki, bu da virusa yoluxma təhlükəsinin aşağı düşməsini şərtləndirir: “Yoluxma sayı 63 mindən bu gün 9 min 385 nəfərədək enib”.

F.Qoca bildirib ki, Türkiyədə yerli peyvəndlərlə bağlı hazırlıqlar davam etdirilir: “Yerli peyvənd növünün könüllülərə tətbiqi başa çatıb, nəticələrə görə, önümüzdəki iki həftə içərisində 3-cü faza çalışmaları başlayacaq. Daha üç növ peyvəndimiz də var ki, onlardan ikisi inaktif, biri VLP vaksinidir. Onlar da birinci faza mərhələsindədir. 2-3 həftə ərzində bunların da 2-ci mərhələyə keçəcəyini gözləyirik. Bu proseslər uğurla nəticələnsə, sentyabr ayında yerli peyvəndimizin təcili tətbiqi mümkün ola bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR