Fəxrəddin Qoca: “TURKOVAC peyvədinin 3-cü fazası Azərbaycanda da aparılacaq”

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca

© APA | Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca

# 23 iyun 2021 21:22 (UTC +04:00)

Türkiyənin ilk yerli TURKOVAC peyvəndinin 3-cü faza fəaliyyətləri Macarıstan, Azərbaycan və Qırğızıstanda da aparılacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “COVID-19”-la mübarizə tədbirləri çərçivəsində nazirliyin nəzdində yaradılan Elm Qurumunun növbəti iclasından sonra açıqlamasında bildirib.
Nazir deyib ki, əlavə bir neçə ölkənin də bu siyahıya daxil edilməsi nəzərdə tutulub: “Danışıqlar davam edir. 29 mərkəzdə 40 min 800 nəfərə tətbiq olunacaq”.

Qeyd edək ki, TURKOVAC peyvəndi birinci və ikinci faza çərşivəsində 294 könüllüyə tətbiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR