Filippində hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb

Filippində hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb
# 05 iyul 2021 05:04 (UTC +04:00)

Filippinin Holo adasında hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 47-yə çatıb.

APA xəbər verir ki, bu barədə “Reuters” ölkənin Silahlı Qüvvələrinin komandanı Sirilito Sobecana istinadən məlumat yayıb.

Məlumata görə, hadisə zamanı daha 49 hərbçi xəsarət alıb. Təyyarədə olan bütün sərnişinlər artıq tapılıb.

Bundan əvvəl Milli Müdafiə Nazirliyi qəza yerində 42 hərbçi və üç mülki şəxsin cəsədinin tapıldığını bildirmişdi.

Filippin Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus C-130 tipli təyyarə bazar günü ölkənin cənub-qərbindəki Sulu arxipelaqında qəzaya uğrayıb. Təyyarə terrorçuluqla mübarizə əməliyyat qrupunun tərkibində ekstremistlərə və qiyamçılara qarşı mübarizə məqsədilə 96 hərbçini Kaqayan-de-Oro şəhərindən Holo adasına çatdırmalı idi. Məlumata görə, hava limanına enərkən təyyarə uçuş-eniş zolağında qəzaya uğrayıb və daha sonra yanğın başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR