Filippində qasırğada ölənlərin sayı 30-a çatıb, 14 nəfər itkin düşüb - YENİLƏNİB

Filippində qasırğada ölənlərin sayı 30-a çatıb, 14 nəfər itkin düşüb - YENİLƏNİB
# 14 oktyabr 2021 11:07 (UTC +04:00)

Filippinin şimalındakı Luson adasında “Kompasu” tropik qasırğasında ölənlərin sayı 30-a çatıb.

APA-nın məlumatına görə, ölkənin Təbii fəlakətlərin risklərinin idarə olunması və qarısının alınması üzrə Dövlət Şurasından daha 14 nəfərin itkin düşdüyü deyilir.

Dövlət Şurasından bildirilib ki, qasırğa ilə əlaqədar 15 min sakin təbii fəlakət zonasından təxliyə olunub, Filippinin 110 şəhərində elektrik enerjisi təchizatında kəsintilər baş verib, 325 evə ziyan dəyib, onlardan ¼-i tam dağılıb.

Kənd təsərrüfatına dəyən ziyan 21.5 milyon dollar civarında qiymətləndirilir.

***

07.32

Filippinin Luson adasının şimalında tüğyan edən “Maring” (“Kompasu”) qasırğası qurbanlarının sayı 19 nəfərə çatıb, 13 nəfər itkin düşmüş hesab olunur.

APA xəbər verir ki, bu barədə “CNN Philippines” rəsmi dairələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Fəlakət Risklərinin Azaldılması və İdarə edilməsi üzrə Dövlət Şurası digər 11 nəfərin ölməsi, 3 nəfərin xəsarət alması və 1 nəfərin itkin düşməsinə dair xəbəri də araşdırır.

Bundan əvvəl verilmiş məlumata görə, Benqet əyalətində yağışlar səbəbindən torpaq sürüşmələri baş verib, geniş ərazilər daşqınlardan ziyan görüb. Hazırda tayfun Filippin ərazisini tərk edib, lakin sinoptiklər yağışların davam edəcəyi təhlükəsi barədə xəbərdarlıq ediblər. Bölgədə 10 mindən çox insan təxliyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR