Heratda Taliban və silahlı qruplar arasında qarşıdurma olub

Heratda Taliban və silahlı qruplar arasında qarşıdurma olub
# 24 oktyabr 2021 15:40 (UTC +04:00)

Əfqanıstanın şimal-qərbində yerləşən Herat şəhərində radikal Taliban hərəkatının birləşmələri ilə silahlı qruplar arasında şiddətli toqquşmalar baş verib.

APA bildirir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

Məlumata görə, Heratda “Taliban” və silahlı qruplar arasında “ağır silahların tətbiqi ilə şiddətli toqquşmalar” qeydə alınıb.

Heratda Talibanla qarşıdurmaya hansı silahlı birləşmələrin cəlb edildiyi barədə məlumat verilmir.

Ölkədə hakimiyyətə gələn Talibandan da Heratdakı vəziyyətlə bağlı hələ ki, şərh yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR